“Çiçəklənən şabalıd ağacları” 190,4 milyon dollara satıldı


Niderlandlı dahi rəssam Vinsent Van Qoqun “Çiçəklənən şabalıd ağacları” adlı tablosu Nyu-Yorkda keçirilən “Sotheby's” hərracında 190,43 milyon dollara satılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərracın ən bahalı əsərləri sırasında Pol Sezannın “Arlekin” tablosu da yer alıb. Rəssamın oğlu Polu təsvir etdiyi əsər 111 milyon dollardan baha qiymətə alıcı tapıb.
Hərracda Pyer Oqyust Renuarın “Qayıqda gənc qadın” portreti 27,5 milyon dollara, Klod Monenin “Tüilri bağı” mənzərəsi 20,23 milyon dollara, Edqar Deqanın “Cıdır öncəsi” əsəri isə 18 milyon dollara satılıb.
Dərc vaxtına görə
