Çexiyada 35 yaşlı işçi təhlükəli eksperiment zamanı ÖLDÜ


Çexiyada işçi təhlükəli eksperiment nəticəsində həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Çexiyada 35 yaşlı zavod işçisi iş növbəsi zamanı təhlükəli eksperiment apararkən ağır xəsarət alaraq ölüb.
O, sənaye pnevmatik tapançasına qoşulmuş rezin tıxacdan istifadə edib. Nəticədə tıxac bağırsaq daxilində partlayıb.
Kişi həmkarlarının yanına çataraq kömək istəyib və baş verənləri “ağılsız eksperiment” kimi izah edib. Lakin xəstəxanaya aparılarkən güclü qan itkisi səbəbindən dünyasını dəyişib.
Məhkəmə-tibbi ekspertizası və araşdırma zamanı əldə edilən məlumatlar hadisənin autoerotik fəaliyyət zamanı baş verdiyini təsdiqləyib.
Bildirilir ki, bu, tibbdə belə hal nəticəsində qeydə alınan ilk ölüm hadisəsidir.
Xuraman Etibarlı
İnterpress.az