Cənubi Koreyanın sabiq birinci xanımına 4 il həbs


Cənubi Koreyanın Ali Məhkəməsi sabiq birinci xanım Kim Qon Hinin korrupsiya ittihamı üzrə dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Kim Qon Hi yerli avtomobil dilerinə məxsus qiymətli kağızlarla dələduzluqda və Birləşmə kilsəsindən çanta, eləcə də boyunbağı kimi bahalı hədiyyələr almaqda təqsirli bilinib. Ona 4 il həbslə bərabər 50 milyon von (təxminən 64 min manat) məbləğində cərimə də kəsilib.
O, daha bir neçə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edib. Digər korrupsiya işi üzrə apellyasiya instansiyası tərəfindən ona beş il həbs cəzası verilib.
Xatırladaq ki, Prezident Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq hərbi vəziyyət elan edib. Bundan sonra o, hakimiyyətdən kənarlaşdırılıb və dövlət quruluşuna qarşı qiyamda ittiham olunub.
RU
19:30, Bu gün Cənubi Koreyanın sabiq birinci xanımına 4 il həbs
19:30, Bu gün Ayaqda qəfil ağrı təhlükəli trombun əlaməti ola bilər
19:22, Bu gün "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb
19:15, Bu gün Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb
19:10, Bu gün Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib - FOTOLAR
19:00, Bu gün "GTA VI"da xətalar aşkarlandı
18:45, Bu gün Rusiya müdafiə nazirinin keçmiş müavini həbs olundu
18:35, Bu gün Pərvanə Vəliyeva: Ağdam Azərbaycanın mədəniyyət torpağıdır
18:23, Bu gün Uşaqları həbsxanada amansız qatil ilə oynayırdı – kamera yoldaşı danışdı
18:22, Bu gün XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb - FOTO
Dərc vaxtına görə
