"Çelsi"nin müdafiəçisi: "Dünyanın ən güclü liqasındayam və xoşbəxtəm"


"Çelsi"nin və İtaliya millisinin müdafiəçisi Marko Palestra İngiltərədəki karyerası barədə danışıb.
Offsideplus.az xəbər verir ki, bu yay London klubuna keçən futbolçu zədəsini geridə qoyduğunu və özünü yaxşı hiss etdiyini bildirib: "Zədəyə və bərpa prosesinə baxmayaraq, hər şey qaydasındadır. Yenidən oynamağa başlamışam. Komanda yoldaşlarıma və məşqçimə təşəkkür edirəm, çünki qayıdışımdan sonra məni çox yaxşı qarşıladılar. Hazırda özümü əla hiss edirəm".
İtaliyalı müdafiəçi "Çelsi"də hələ qol vurmaması ilə bağlı suala da cavab verib:
"Bu, məni narahat etmir. Şəxsi qollardan daha çox oyunumu yaxşılaşdırmağa köklənmişəm. Dünyanın ən güclü liqasında oynayıram və yanımda çox güclü futbolçular var. London klubunda xoşbəxtəm və bu cür davam etmək istəyirəm".
1 mənbə
