Cəlilabadda Milli Dirçəliş Gününə həsr olunmuş üzgüçülük turniri keçirilib
Cənub Mediaadmin


Cəlilabad Olimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə rayon turniri təşkil olunub. Yarışda 24 idmançı iştirak edib.
Cənub Media xəbər verir ki, noyabrın 14-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunub.
Yarışın keçirilməsində məqsəd üzgüçülük idman növünə marağın artırılması və idmançıların bacarıqlarının nümayiş etdirilməsi olub.
Cənub Media, Cəlilabad
Views: 129
Post navigation
1 mənbə