Cəbrayıl və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanı yola salınıb


15 mənbə əsasında
Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti ailələr yola salınıb. Bakının Qaradağ rayonundan başladılan bu köçmə prosesi zamanı ümumilikdə 155 nəfərdən ibarət 35 ailə doğma yurduna qayıdıb. Onlardan 16 ailə Soltanlı kəndində, 19 ailə isə Cahangirbəyli kəndində məskunlaşacaq. Geri qayıdan sakinlər əvvəllər ölkənin müxtəlif yerlərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yaşayan vətəndaşlar olub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Cəbrayıl və Zəngilan rayonlarına növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yenisirvanli.İnfo.Az xəbər verir ki, b u mərhələdə Cəbrayıl rayonunun Soltanlı kəndinə 16 ailə (80 nəfər) və Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Beləliklə, növbəti mərhələdə ümumilikdə 155 nəfərdən ibarət 35 ailə doğma yurdlarına qayıdır. Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir. Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhid olan hərbçilərin xatirəsini yad ediblər. u mərhələdə Cəbrayıl rayonunun Soltanlı kəndinə 16 ailə (80 nəfər) və Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Beləliklə, növbəti mərhələdə ümumilikdə 155 nəfərdən ibarət 35 ailə doğma yurdlarına qayıdır. Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir. Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhid olan hərbçilərin xatirəsini yad ediblər. Yenisirvanli.İnfo.Az
Tam oxu Yeni Şirvanlı saytındaDərc vaxtına görə

Report+5 mənbə