Çank: "Soboslay zədəli olmasına baxmayaraq yenidən meydana buraxıldı"


Macarıstan millisinin sabiq baş məşqçisi Yanosh Çank "Liverpul"u Dominik Soboslayın yığmaya zədəli vəziyyətdə gəlməsinə görə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Çank Premyer Liqada "Kristal Pelas"la oyunda (3:1) Soboslayın birinci hissədə dizindən zədə aldığını və fasiləyə qədər meydanda qaldığını xatırladıb. O bildirib ki, ikinci hissədə futbolçunun artıq oyuna çıxmayacağını düşünüb, lakin Soboslay meydanda qara lentlə qayıdıb və yalnız 69-cu dəqiqədə əvəzlənib.
"Mən hiddətlənmişdim. Birinci hissədə Soboslay yerə yıxıldı, fasiləyə qədər əmin idim ki, ikinci hissədə meydana çıxmayacaq. Amma sonra onu dizində qara lentlə gördüm. Ardınca məşqçi futbolçunun zədələndiyindən şikayətlənir. Halbuki onu dərhal əvəzləmək lazım idi, çünki komanda 1:0 öndə idi. Fasilədən sonra isə yenidən zədəli oyunçunu meydana buraxmaq nə deməkdir?! Sadəcə dəli olmuşdum, bunu heç cür anlaya bilmirəm!" – deyə Çank vurğulayıb.
1 mənbə
