Cadillac komandası Valtteri Bottasla müqaviləni uzadıb


2027-ci ildə də Cadillac-ın heyəti dəyişməyəcək, Serxio Peresin komanda yoldaşı yenə Valtteri Bottas olacaq - Las Veqasdakı mərhələ ərəfəsində komanda finlandiyalı sürücünün müqaviləsini təsdiqləyib…
19 Noyabr 2026, 07:00
3216
Valtteri Bottas: “Buna aidiyyəti olan hər kəsə səslənirəm: Mən qalıram! 2027-ci ildə Cadillac-la bu yolu davam etdirəcəyimə görə çox şadam. Bilirdik ki, yeni Formula1 komandasını sıfırdan qurmaq asan olmayacaq, amma bu tapşırığı belə maraqlı edən də məhz budur.
Təməli qoymuşuq, öyrənirik, inkişaf edirik – hələ görüləsi çox iş var. Yeni uğurları səbirsizliklə gözləyirəm və birlikdə qurduqlarımıza inanıram. Bu hekayə indi başlayır”.
Dən Tauriss, Cadillac F1-in icraçı direktoru: “Valtterinin təcrübəsi, baxışı və sədaqəti komandamızın vacib tərkib hissələridir. Heyətin sabitliyi komandanın gələcək inkişafı və Formula1da ambisiyalarımızın reallaşdırılması üçün bizə möhkəm təməl verir.
Las Veqas Qran Prisi ərəfəsində komandadakı hər kəs Valtterinin 2027-ci ildə Serxio ilə birlikdə bizimlə qalacağına görə sevinir və birgə yolumuzun növbəti mərhələsini səbirsizliklə gözləyir”.
Ehtiyat və test pilotlarının adları yaxın vaxtlarda açıqlanacaq…
