C.J. Cekson ciddi zədələndi, uzun müddət oynamaya bilər


"Memfis Qrizliz"in forvardı C.J. Ceksonun ayaq pəncəsində ciddi zədə aşkarlanıb. O, "Bruklin Nets"lə oyunun ilk hissəsində meydançanı tərk edib və geri qayıtmayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tuomas İisalo məlumat verib. O bildirib ki, Cekson əlavə tibbi müayinədən keçəcək, lakin ilkin vəziyyət yaxşı görünmür. "Ona görə çox məyusam", – deyə İisalo vurğulayıb. Cari mövsümdə Cekson orta hesabla 6,7 xal və 3 ribaund toplayır. Onun uzun müddət oynamaması halında, əlavə şans Teilor Hendriksə verilə bilər.
