“Bursaspor”: Toral Bayramova bir neçə ölkədən təkliflər var - EKSKLÜZİV


Bakı, 18 noyabr, AZƏRTAC
Türkiyənin “Bursaspor” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramov bir neçə klubdan təklif alıb.
Bu barədə AZƏRTAC-a eksklüziv olaraq Türkiyə klubundan məlumat verilib.
Bildirilib ki, 25 yaşlı müdafiəçiyə Azərbaycan və başqa ölkələrdən rəsmi təkliflər gəlib.
Lakin I Liqa təmsilçisi Bayramovu asanlıqla buraxmaq istəmir. Klub ondan daha yaxşı çıxış gözləyir.
Qeyd edək ki, “Bursaspor”a ötən yay “Qarabağ”dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə 2029-cu ilin iyun ayınadək müqavilə imzalayıb.
Müxbir – Cavid Əliyev
Dərc vaxtına görə
