Bundestaq seçkiləri ilə bağlı şikayət məhkəmə tərəfindən RƏDD EDİLDİ


Almaniya Konstitusiya Məhkəməsi parlament seçkilərində səslərin yenidən sayılması tələbini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Federal Konstitusiya Məhkəməsi məlumat yayıb.
Məhkəmə 2025-ci ildə Bundestaqa keçirilən parlament seçkilərinin nəticələrinin yenidən hesablanmasını tələb edən dörd seçicinin şikayətini yekdilliklə rədd edib.
Şikayətçilər Sara Vaqenknextin “BSW” partiyasına verilən səslərin qeyri-mütənasib şəkildə etibarsız sayıldığını iddia ediblər.
Onlar mümkün səhvlərin səbəblərindən biri kimi “BSW” ilə “Bündnis Deutschland” partiyalarının adlarının oxşarlığını göstəriblər.
Məhkəmə bildirib ki, şikayətçilər Bundestaqda mandatların bölgüsünə təsir edə biləcək konkret qanun pozuntularını sübut etməyiblər.
Qərarda qeyd olunub ki, yalnız mümkün pozuntulara işarə etmək və təsdiqlənməmiş ehtimallar irəli sürmək kifayət deyil.
Xuraman Etibarlı
İnterpress.az
