Bundesliqa: “Leypsiq”dən darmadağın


Almaniya Bundesliqasında X turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün ən məhsuldar görüşü Berlində qeydə alınıb. Şəhərin “Yunion” komandası doğma meydanda “Leypsiq”i qəbul edib. Qarşılaşma qonaqların 5:1 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.
“Bayer” (Leverkuzen) evdə “Paderborn”a heç bir şans tanımayıb – 4:0. Leverkuzen təmsilçisinin heyətində Afonso Moreyra dubl edib, digər qolları isə Patrik Şik və Esekiel Fernandes vurublar.
Borussiya derbisində “Borussiya” (Dortmund) səfərdə Münhenqladbax təmsilçisini Feliks Nmeçanın 80-ci dəqiqədə vurduğu yeganə qolla 1:0 üstələyib.
“Ayntraxt” (Frankfurt) doğma meydanda “Hoffenhaym”ı, “Frayburq” isə səfərdə “Elversberq”i minimal hesabla məğlub edib – 1:0. “Şalke” – “Ştutqart” matçında isə qapılara qol vurulmayıb – 0:0.
Qeydə alınan nəticələr:
Almaniya Bundesliqası
X tur
21 noyabr
“Yunion” (Berlin) – “Leypsiq” 1:5
Qollar: Mişel Ebişer, 41 – Antonio Nusa, 18, Romulo, 50, Brayan Qruda, 72, Rokko Rayts, 76, Ridle Baku, 89
“Bayer” (Leverkuzen) – “Paderborn” 4:0
Qollar: Afonso Moreyra, 14, 47, Patrik Şik, 51, Esekiel Fernandes, 59
“Borussiya” (Münhenqladbax) – “Borussiya” (Dortmund) 0:1
Qol: Feliks Nmeça, 80
“Ayntraxt” (Frankfurt) – “Hoffenhaym” 1:0
“Elversberq” – “Frayburq” 0:1
Qol: İqor Matanoviç, 68
“Şalke” – “Ştutqart” 0:0
