Türkiyədə trüf göbələyinin qiyməti və istehsal potensialı açıqlanıb


3 mənbə əsasında
Ankaranın Çubuk rayonunda torpaq altında yetişən trüf göbələyinin kiloqramının qiyməti 70 min Türkiyə lirəsinə və ya təxminən 2300 manata çatıb. Xüsusi təlim keçmiş itlərin köməyi ilə yığılan bu məhsulun ölkədə geniş istehsal potensialı mövcuddur. Mütəxəssislər həmin göbələyin ilin bütün fəsillərində müxtəlif bölgələrdə tapıla bildiyini qeyd edirlər. Trüf göbələyi əsasən palıd, şam, qovaq, şabalıd və fındıq ağaclarının kökləri ətrafında inkişaf edir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bu tərəvəzi əkən VARLANDI - Kilosu 2300 manatdır
Ajans.az -xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində 6 ildir trüf göbələyi axtarışı ilə məşğul olan Gökhan Akar bildirib ki, bu məhsulun ölkədə böyük, lakin hələ kifayət qədər tanınmayan potensialı var.Akarın sözlərinə görə, trüf göbələyinin ümumilikdə 12 növü mövcuddur. Lakin onların yalnız dördü kommersiya baxımından əhəmiyyətli hesab olunur.“Ölkəmiz trüf göbələyi baxımından kəşf edilməmiş cənnətdir. İlin demək olar ki, 12 ayı ərzində müxtəlif bölgələrdə və fərqli təbii mühitlərdə trüf göbələyi tapmaq mümkündür. Sadəcə, doğru zamanda, doğru yerdə və düzgün üsulla axtarış aparmaq lazımdır.Trüf göbələyi torpağın altında yetişdiyi və günəş işığı görmədiyi halda belə, istehlak edilən qidalar arasında D vitamini ilə zəngin məhsullardan biridir. Vitamin və mineral tərkibi baxımından da çox böyük potensiala malikdir”, – deyə o bildirib.Akar qeyd edib ki, trüf göbələyi müxtəlif ağac növlərinin kökləri ətrafında yetişə bilər və ilin bütün fəsillərində tapılması mümkündür.Onun sözlərinə görə, bu göbələyə əsasən palıd ağaclarının dibində rast gəlinir. Lakin şam, qovaq, şabalıd və fındıq ağaclarının ətrafında da yetişə bilir.“Bu, ağacla birlikdə inkişaf edən göbələkdir. Türkiyədə trüf göbələyi ilin 12 ayı ərzində toplana bilər. Sadəcə, onun tapıldığı coğrafi ərazi və növü dəyişir”, – deyə Akar vurğulayıb.Akarın sözlərinə görə, göbələk torpağın altında yetişdiyindən onun yerini müəyyənləşdirmək üçün xüsusi təlim keçmiş itlərdən istifadə olunur.“Trüf göbələyinin toplanması yalnız xüsusi təlim keçmiş itlərin köməyi ilə mümkündür. Bu, torpaqdakı qoxuları müəyyənləşdirmək qabiliyyətinə malik it cinslərinin potensialından asılıdır. İtlər 20 gündən bir aya qədər davam edən təlim prosesi keçirlər. Daha sonra qoxu vasitəsilə göbələyi tapır, torpağı qazır, onu çıxararaq sahibinin qarşısına gətirirlər”, – deyə o bildirib.Akar trüf göbələyinin böyük hissəsinin xaricə göndərildiyini, Türkiyədə isə bu məhsula marağın tədricən artdığını söyləyib.“Trüf göbələyinin pərakəndə satış qiymə
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə