Bu ölkədə iki sərnişin qatarı TOQQUŞUB: Xeyli YARALI VAR


Çexiyanın paytaxtı Praqada iki sərnişin qatarının toqquşması nəticəsində azı 15 nəfər xəsarət alıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, qəza noyabrın 17-də səhər saatlarında Praqanın Əsas Dəmir Yolu Vağzalı yaxınlığında baş verib.
Toqquşma Seifertova küçəsi üzərində, Bulhar yolayrıcının yaxınlığındakı dəmir yolu körpüsündə qeydə alınıb.
Çexiya Dəmir Yolları İdarəsinin sözçüsü Martin Kavkanın sözlərinə görə, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və təcili tibbi yardım qrupu cəlb olunub. Yanğınsöndürənlər sərnişinlərin qatarlardan təxliyəsinə başlayıblar.
Məlumata görə, qəzada Miloviçe istiqamətində hərəkət edən Os 9409 nömrəli elektrik qatarı və Mlada Boleslavdan gələn Os 9507 nömrəli dizel qatarı iştirak edib.
Yaralıların sayının çox olması ehtimalı ilə əlaqədar həkimlər fövqəladə tibbi yardım planını işə salıblar.
Qəza səbəbindən Praqanın Əsas Vağzalından Vısoçanı, Libeň və Qoleşovitse istiqamətlərində qatarların hərəkəti dayandırılıb. Dəmir yolu xidmətinin bərpası üçün ilkin olaraq saat 09:20 nəzərdə tutulsa da, müddətin qəza yerindəki vəziyyətdən asılı olaraq dəyişə biləcəyi bildirilib.
Qəzanın səbəbləri və başvermə şəraiti araşdırılır.
https://t.me/Ajansaz_official/7843