Bu il Azərbaycanda narkotik cinayətlərinə görə 4731 nəfər həbs olunub


Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2026-cı ilin yanvar-oktyabr ayları ərzində cinayət məsuliyyətinə 4 731 nəfər cəlb edilib, onlardan 4 603-ü kişi, 128-i qadın olub.
Bu barədə Redaktor.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından ümumilikdə 690 kq 686,733 qram və 2 778 ədəd həb müxtəlif növ narkotik vasitə, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qram) çətənə bitkisi götürülüb.
Təhlil göstərir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 238 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 257 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 62 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 24 nəfər azalıb. Həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 51 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 44 nəfər və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 786 kq 066,467 qram artıb.
Dərc vaxtına görə
Redaktor.azoxuduğunuz
Bu il Azərbaycanda narkotik cinayətlərinə görə 4731 nəfər həbs olunub
