Brunu Fernandeş "Mançester Yunayted"in yeni müqavilə təklifini ikinci dəfə rədd etdi


Portuqaliyalı yarımmüdafiəçi Brunu Fernandeş "Mançester Yunayted"lə yeni müqavilə imzalamaqdan imtina edib.
Offsideplus.az xəbər verir ki, Fernandeş klubun müqavilənin uzadılması ilə bağlı ikinci təklifini də qəbul etməyib. Tərəflər arasında danışıqlar yaydan bəri davam edir. Hazırkı müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir və klubun onu bir il uzatmaq imkanı var.
Brunu Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, cari Premyer Liqa mövsümündə 9 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
1 mənbə