Brunu Fernandeş: "Danimarka mərkəzi yaxşı bağladı, bütün imkanlarını qola çevirdi"


Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, Fernandeş bu qarşılaşmanın unudulmamalı olduğunu və komandanın səhvlərindən dərs çıxarmalı olduğunu bildirib. "Oyuna istədiyimiz kimi başlaya bilmədik. Adətən mərkəzdən oynamaqda güclüyük, amma Danimarka mərkəzi yaxşı bağladı, buna görə də oradan keçmək və imkanlar yaratmaq çətin oldu. Daha çox cinahları istifadə etdik, rəqiblə birə-bir oynamağa və hücumları ötürmələrlə tamamlamağa çalışdıq. Bilirdik ki, danimarkalılar bu komponentdə güclüdür. Onlar imkanlarını çox səmərəli dəyərləndirdilər, demək olar ki, bütün hücumları qolla nəticələndi. Nəticədə oyun bizim üçün uğursuz alındı. Amma başa düşürük ki, əvvəlki oyunlarımızda da hər şey ideal deyildi və üzərində işləməli məqamlar var idi. Bununla belə, bu matçda növbəti oyuna daşıya biləcəyimiz müsbət məqamlar var", – deyə Fernandeş Canal 11-ə açıqlamasında vurğulayıb.
1 mənbə
