Britaniya şirkəti Bakıda filial açıb


Böyük Britaniyanın konsaltinq və təlim xidmətləri göstərən “Carcharodon Limited” şirkəti Azərbaycanda filial açıb.
Banker.az xəbər verir ki, filial 2026-cı il sentyabrın 17-də dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakının Xətai rayonunda, “Azur” Biznes Mərkəzində yerləşir.
Qanuni təmsilçisi Britaniya vətəndaşı Matthew Thomas Manleydir. O, Britaniyada “Carcharodon Limited”in direktorlarından biridir.
Şirkət müəssisələrə fəaliyyətin təkmilləşdirilməsi üzrə məsləhət, işçi heyətinin təlimi və iş proseslərinin rəqəmsallaşdırılması xidmətləri göstərdiyini bildirir. Azərbaycanda hansı müştərilərlə və ya layihələrlə işləyəcəyi hələ açıqlanmayıb.
Dərc vaxtına görə
