Avropada qaz ehtiyatlarının 11%-i artıq istifadə olunub


Ana SəhifəDÜNYAAvropada qaz ehtiyatlarının 11%-i artıq istifadə olunub
DÜNYA20.11.2026 16:19
Fins.az - Avropa ölkələri qış mövsümünün başlanması ilə yeraltı qaz anbarlarından təbii qazın istifadəsini artırıb. Noyabrın 20-nə olan məlumata görə, qışa hazırlıq məqsədilə yay aylarında anbarlara vurulmuş qazın təxminən 11%-i artıq istehlak edilib.
Oktyabrın 28-də istilik mövsümünün başlamasından sonra Avropanın yeraltı qaz anbarlarından təxminən 7 milyard kubmetr qaz çıxarılıb. Xalis çıxarılma həcmi isə 5,8 milyard kubmetr təşkil edib.
Noyabrın 18-də Avropanın qaz anbarlarının doluluq səviyyəsi 69,83%-ə enib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınmış 81,2%-lik səviyyədən xeyli aşağıdır.
Hazırda Avropa İttifaqının qaz anbarlarında təxminən 76,5 milyard kubmetr qaz mövcuddur. Bu, ötən illə müqayisədə 13,2 milyard kubmetr azdır.
Mütəxəssislərin diqqət yetirdiyi əsas məsələlərdən biri qarşıdakı həftələrdə havaların soyuması ilə qaz istehlakının daha da artmasıdır. Bu vəziyyət Avropanın əlavə qaz idxalına, xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə ehtiyacını artıra bilər.
MüəllifVüqar
Yüklənir...