Brendon Millerin tezliklə qayıdacağı gözlənilir


"Şarlott Hornets"in baş məşqçisi Çarlz Li Brendon Millerin sağalma prosesi ilə bağlı nikbin olduğunu bildirib. Miller ötən cümə "Boston Seltiks"lə oyunda bud-çanaq oynağında bağların dartılması zədəsi alıb.
Offsideplus.az xəbər verir ki, Çarlz Li Millerin bərpasının uzun çəkməyəcəyini deyib: "Düşünmürəm ki, sağalma çox vaxt aparacaq. Cümə axşamı axşamından bəri müəyyən irəliləyiş var. Onun vəziyyətini hər gün qiymətləndirmək ifadəsi bəlkə də çox iddialı olar. Hər halda, uzunmüddətli itki olacağını düşünmürəm". 23 yaşlı forvard mövsümün ilk 10 oyununda orta hesabla 20,6 xal, 4,9 ribaund və 2,2 assistlə çıxış edib. Miller "Şarlott Hornets"in hücum xəttində əsas fiqurlardan biri sayılır. Komanda mövsümün əvvəlində ciddi heyət problemləri ilə üzləşib.
