Braziliya yığması yoldaşlıq oyununda Sinqapuru böyük hesabla məğlub edib


Futbol üzrə Braziliya yığması beynəlxalq yoldaşlıq matçında Sinqapurla üz-üzə gəlib.
ANZ.AZ-ın məlumatına görə, Sinqapur milli stadionunda baş tutan oyun Braziliya yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə Vinisius Junior 9, 15 və 21-ci dəqiqələrdə fərqlənərək het-trik müəllifi olub. Braziliya millisinin heyətində digər qolları Endrik (31), Estevao (51), Rayan (65) və Allan rəqib qapısından keçiriblər.
Sinqapur yığmasının üzvü Raoul Suhaimi isə 74-cü dəqiqədə avtoqolla diqqət mərkəzinə düşüb.
