Braziliya millisinin üzvü həbs olundu – çirkli pullara görə


1 dəqiqədən az
Braziliya millisinin sabiq futbolçusu cinayətkar təşkilatla əlaqədə şübhəli bilinərək saxlanılıb.
32 yaşlı Qabi Morais çərşənbə axşamı Fortalezada həbs edilib. “Korintians” və “İnternasional” klublarında, eləcə də Braziliyanın aşağı yaş qrupları və əsas milli komandalarında çıxış etmiş futbolçu cinayətkar “Comando Vermelho” qruplaşması üçün çirkli pulların yuyulmasında şübhəli bilinir. Çərşənbə günü Seara ştatının məhkəməsi onun həbsini qanuni hesab edib.
Məlumata görə, Moraisin saxlanılması üç xüsusi əməliyyat çərçivəsində həyata keçirilib. Əməliyyatlar nəticəsində 49 nəfərin həbsinə order verilib və istintaq altında olan şəxslərin 150 milyon realdan (təxminən 25,5 milyon dollar) çox dəyərində aktivləri dondurulub. Təxminən iki il davam edən araşdırma zamanı qruplaşma üzvlərinin narkotik alverindən əldə olunan pulların mənşəyini gizlətmək üçün mal və xidmət satışı ilə məşğul olan şirkətlər yaratdıqları müəyyən edilib.
