“Borussiya Dortmund” səfərdə “Borussiya Mönhenqladbax”ı məğlub edib


Almaniya Bundesliqasının X turunda “Borussiya Mönhenqladbax” və “Borussiya Dortmund” komandaları üz-üzə gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, Mönhenqladbax şəhərindəki “Borussiya Park” stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün taleyini həll edən yeganə qolu 80-ci dəqiqədə Feliks Nmeça vurub.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran Dortmund təmsilçisi turnir cədvəlinin liderliyinə yüksəlib. “Borussiya Mönhenqladbax” isə 4 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti turda “Borussiya Mönhenqladbax” noyabrın 27-də səfərdə “Verder”lə, Dortmund təmsilçisi isə noyabrın 29-da doğma meydanda “Bayer”lə qarşılaşacaq.
