Boniek: "Qvardiola futbolu öldürüb"


UEFA-nın sabiq vitse-prezidenti Zbignyev Boniek Pep Qvardiolanın futbola təsirindən danışıb.
Offsideplus.az xəbər verir ki, Boniek Qvardiolanın oyun üslubunu tənqid edib: "Qvardiolaya böyük hörmətim var, amma o, futbolu öldürüb. Onun futbolu "sən mənə, mən sənə" prinsipi ilə qurulub. Sağ cinaha gedirik, sonra sola qayıdırıq və oyunun sonunda 1788 ötürmə edilir. Bu, mənim üçün maraqlı deyil. Mən irəli oynayan, hücuma can atan komandaları sevirəm. Məsələn, bu il "Latsio"nun oyununu bəyənirəm, çünki onlar vertikal futbol oynayır və risk edirlər. Və ya "Frozinone": onlar üç qol buraxa bilər, amma dörd-beş qol vurmağa da qadirdirlər. "Roma" da hazırda eyni cür oynayır. Mancinini və ya Ermosonu tez-tez rəqibin cərimə meydanında görmək olar. Mən az ötürmə ilə, sadə və sürətli hücumlarla qola can atan futbolu sevirəm. Məncə, bu gün futbolda ləngliyə yer yoxdur. Yavaş oyunçular artıq lazım deyil. Geriyə ötürmə isə ümumiyyətlə futbolu öldürən amildir".
