BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisinə Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verilib


19 Noyabr 2026 18:36
59
CƏMİYYƏT
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.
VK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Anar Bağırov Kollegiyanın fəaliyyəti, son illərdə həyata keçirilən işlər, vəkillik institutunun inkişafı, eləcə də ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Sədr VK ilə BMT-nin müxtəlif qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Dmitro Şlapaçenko göstərilən səmimi qəbula görə təşəkkürünü bildirərək, BMT-nin ixtisaslaşmış qurumları barədə əlavə məlumat verib.
Görüş çərçivəsində Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli ötən dövrlərdə görülən işlər, vəkilliyə diqqətin artırılması və bu sahədəki islahatların nəticələri barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonağın nəzərinə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Yekunda Anar Bağırov qonağa VK-nın rəsmi nəşrlərini hədiyyə edib.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə