Birləşməyə hazırlaşan bankda rəhbər dəyişikliyi oldu - Foto


“Bank Respublika” ASC-nin rəhbərliyində dəyişiklik olub.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bankın Müşahidə Şurasının müstəqil üzvü Antuan Hurpin vəzifəsindən azad olunub.
Onu bu vəzifədə Dariuş Kasprşik əvəz edib.
D. Kasprşik daha əvvəl “AccessBank” ASC-nin Müşahidə Şurasının üzvü olub.
Antuan Hurpin isə 2024-cü ildən “Bank Respublika”nın Müşahidə Şurasının müstəqil üzvü olub.
Hazırda “Bank Respublika”nın Müşahidə Şurası bir sərd, 3 üzv və 3 müstəqil üzvdən ibarətdir.
Xatırladaq ki, cari ilin sentyabrında “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100%-ni satın alması ilə bağlı strateji əqd təsdiqlənib.
Birləşmə xəbərindən sonra “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb. Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.
“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.
Könül Vəliyeva