Bir kapitandan daha artığı

Türkiyənin məşhur “gdhspor” nəşri Emin Mahmudov haqqında video paylaşıb.
1Sport.az xəbər verir ki, səhifə yarımmüdafiəçinin yığmadan ayrılması ilə bağlı paylaşımında bu məlumatları verib:
“Bir kapitandan daha artığı – Emin Mahmudov.
Yarımmüdafiəçi mövqeyində oynamasına baxmayaraq, 66 matçda 16 qol və 3 məhsuldar ötürmə ilə Azərbaycan millisinin ən məhsuldar bombardiridir. 3 il öncə Avropa Çempionatının seçmə mərhələsində İsveçə mərkəzdən unudulmaz qol vurdu. Həmin qolun 3-cü ildönümündə, 16 noyabr 2026-cı ildə millidəki karyerasını başa vurmaq qərarı verdi.
İndi ən böyük istəyi 9 ilini verdiyi “Neftçi” ilə yenidən çempionluq sevinci yaşamaqdır”.
1 mənbə