Bir ideyanı videoya, dizayna və biznes həllinə çevirmək mümkündürmü? 60 gənc Şəkidə bunun yollarını öyrəndi!


20.11.2026
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı gənclərin yaradıcı potensialını reallaşdırması və innovativ ideyalarını praktik layihələrə çevirməsi üçün geniş imkanlar açır. Region gənclərinin rəqəmsal bacarıqlarının artırılması və onların müasir texnoloji trendlərə inteqrasiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
ELAZ.INFO xəbər verir ki, ölkənin 13 rayonundan olan 60 gənc noyabr ayında Şəkidə təşkil olunan “İdeyadan alqoritmə” adlı süni intellekt düşərgəsində bir araya gəlib.
Dörd gün davam edən düşərgə müddətində iştirakçılar süni intellekt alətləri əsasında vizual və video kontentlərin hazırlanması, bu texnologiyaların biznes mühitində tətbiqi mexanizmlərini mənimsəyib, eləcə də informasiya təhlükəsizliyi və məxfiliyin qorunması üzrə zəruri praktiki biliklərə yiyələniblər.Təşkil olunan düşərgə gənclərə yalnız yeni texnologiyaları düzgün və səmərəli tətbiq etməyi deyil, həm də öz innovativ ideyalarını konkret layihələr şəklində reallaşdırmaq imkanı yaradıb.60 gənc, 13 rayon, 4 gün və saysız yeni ideya ilə yadda qalan düşərgə gənclərin gələcək rəqəmsal və sahibkarlıq fəaliyyətləri üçün mühüm təcrübə platforması olub.
Ruslan MƏMMƏDOV
👁 210
