Azərbaycanda şagirdlərin 21,6 faizi iki-üç növbəli məktəblərdə oxuyur


müəllif EditorNoyabr 19, 2026Noyabr 19, 202602
Yeni tədris ilinin başlanğıcına Azərbaycanın ümumtəhsil məktəblərində 360 843 şagird, yəni ümumi kontingentin 21,6 faizi ikinci və ya üçüncü növbədə dərs alıb. Göstərici əvvəlki ilə nisbətən azalıb.
Dövlət statistika məlumatlarına əsasən, 2025/2026-cı tədris ilinin başlanğıcında Azərbaycanda ikinci və üçüncü növbədə təhsil alan şagirdlərin sayı 360 843 nəfər təşkil edib. Bu rəqəm əvvəlki tədris ilində – yəni 2024/2025-ci ildə – qeydə alınmış 400 588 nəfərdən 39 745 nəfər azdır.
Beləliklə, çoxnövbəli təhsilə cəlb olunan şagirdlərin ümumi kontingentdəki payı 23,7 faizdən 21,6 faizə düşüb.
Ölkədə hazırda fəaliyyət göstərən 4 179 ümumtəhsil müəssisəsindən 2 804-ü yalnız bir növbədə dərs keçir. Qalan 1 375 məktəbdə isə dərslər iki və ya üç növbəyə bölünərək aparılır.
Çoxnövbəli rejimdə oxuyan 360 843 nəfərdən 359 407 nəfəri dövlət məktəblərinin payına düşür, qeyri-dövlət ümumtəhsil müəssisələrində isə bu göstərici cəmi 1 436 nəfərlə məhdudlaşır.
Bakıda göstərici ölkə ortalamasından yüksəkdir
Paytaxt Bakı şəhərində vəziyyət ölkə üzrə orta rəqəmdən fərqlənir: burada təhsil alanların 28,5 faizi ikinci və ya üçüncü növbədə oxuyur, bu da ölkə üzrə göstəricidən yüksəkdir.
Foto: Buyerlerdeqalardim / Wikimedia Commons, CC BY-SA 3.0