Binadan yıxılan şairənin vəziyyəti ağırdır - Foto


Sumqayıtda binadan yıxılan şairə İlhamə Məhəmmədqızının vəziyyəti ağırdır.
Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 16-da saat 19 radələrində 1969-cu il təvəllüdlü şəxs (qadın) hündürlükdən yıxılma səbəbilə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Qapalı kəllə-beyin travması, hər iki bud sümüyünün sınığı diaqnozları təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
Samir Əli
15:08
Sumqayıtda tanınmış şairə binadan yıxılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, İlhamə Məhəmmədqızı (Məmmədova) yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, jurnalist, yazıçı, şair-publisist İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/hadise/sumqa…
Qaynar xətt:
(055) 224 12 12
