Azərbaycanın bəzi bölgələrində yağıntılı və küləkli hava şəraiti qeydə alınıb


3 mənbə əsasında
Noyabrın 21-i axşam saatlarından başlayaraq şimal və qərb rayonlarında hava şəraiti dəyişib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkənin ayrı-ayrı bölgələrində intensiv yağıntılar qeydə alınıb, Şahdağda isə qar yağıb. Qax, Zaqatala, Şəki və digər rayonlarda yağıntının miqdarı müxtəlif millimetrlərlə ölçülüb. Eyni zamanda, bəzi ərazilərdə qərb küləyinin sürəti artıb və müxtəlif maksimum göstəricilərə çatıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
Bakı, 22 noyabr, AZƏRTAC Noyabrın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir, Tovuzda 9, Gədəbəydə 8, Balakən, Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux və Mingəçevirdə 1 millimetrdir.Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 metr/saniyəyədək güclənib.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə