Beynəlxalq gəmiçilik şirkətinin Azərbaycandakı yerli törəməsi "AET Azərbaycan LTD" MMC ləğv olunur


Azərbaycanda qeydiyyatdan keçmiş beynəlxalq gəmiçilik şirkətinin yerli törəməsi olan "AET Azərbaycan LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
32gun.az-ın dövlət reyestri və rəsmi elanlardan əldə etdiyi məlumata görə, VÖEN-i 1302090331 olan cəmiyyətin kreditorları iki ay ərzində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, ev 6, mənzil 1 ünvanına bildirə bilərlər.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, 4 noyabr 2009-cu il tarixində dövlət qeydiyyatına alınan şirkət Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 1033-cü məhəllə ünvanında yerləşir və nizamnamə kapitalı 1.000 ABŞ dolları (1.000 AZN) təşkil edir.
Qeyd edək ki, ləğvetmə qərarından cəmi bir neçə gün əvvəl — 16 noyabr 2026-cı il tarixində şirkətin rəhbərliyində dəyişiklik baş verib. Belə ki, 2009-cu ildən cəmiyyətə rəhbərlik edən Faiz Abdul Razak Bin Sulaiman vəzifəsindən ayrılıb və onun yerinə qanuni təmsilçi kimi William Alexander Robert Blagbrough təyin olunub.
Ayaz