Beyin fəaliyyəti ilə bağlı yeni araşdırma aparılıb


20 Noyabr 2026 16:03
74
Səhiyyə
Tokio Universitetinin alimləri riyaziyyat və dil barədə mübahisəyə aydınlıq gətiriblər. Araşdırma “Science Advances” jurnalında dərc olunub. Məlum olub ki, beynin həm yalnız dilə, həm də yalnız riyaziyyata aid hissələri var. Eyni zamanda hər ikisində işləyən ortaq sahələr də mövcuddur.
Alimlər 32 nəfərin beynini xüsusi cihazla yoxlayıblar. İştirakçılar cümlə oxuyub və riyazi məsələlər həll ediblər. Kompüter modelləri göstərib ki, ortaq sahələr görülən işdən asılı olaraq gah dil, gah da riyaziyyat hissələri ilə daha çox əlaqə saxlayır.
Tədqiqatçılar “55b” adlı beyin sahəsini tapıblar. Bu sahə həm oxuyanda, həm də hesablayanda işə düşür. O, iki sahə arasında körpü rolunu oynayır. Alimlər düşünürlər ki, hissələri birləşdirib ardıcıllıq qurmaq bacarığı dil və riyaziyyatda oxşar işləyir. Bu kəşf riyaziyyat dərsini daha asan öyrətməyə kömək edə bilər. Məsələn, uşaqlara riyazi ifadələri cümlə kimi anlamağı öyrətmək olar. Bu üsul səhvləri azalda bilər. Alimlər indi dil ilə məntiqin əlaqəsini araşdırmaq istəyirlər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
