Bəstəkarlar İttifaqında Lalə Cəfərovanın yubileyinə həsr olunmuş müəllif konserti


Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərovanın yubileyinə həsr olunmuş müəllif konserti təşkil edilib.
SİA xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə yubilyarın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus yerindən danışıb. O qeyd edib ki, Lalə Cəfərova həm istedadlı bəstəkardır, həm də elmi-pedaqoji fəaliyyəti ilə gənc musiqiçilər nəslinin yetişməsinə böyük töhfə verir. Firəngiz Əlizadə bəstəkarın əsərlərində milli musiqi ənənələrinin müasir bəstəkarlıq texnikası ilə üzvi şəkildə birləşdiyini, onun səhnə, kamera-instrumental və vokal musiqisi sahəsində qazandığı uğurların musiqi ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb.
Sonra Əməkdar müəllim, professor Könül Nəsirova və sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova yubilyarın yaradıcılıq yoluna nəzər salıblar, əsərlərinin janr müxtəlifliyini və bədii dəyərini vurğulayıblar.
Tədbir konsert proqramı ilə davam edib.
1 mənbə
Mia.az+1 mənbə