"Tənqid olunan şeylərin hamısı yenə efirə gedir" - Zaurdan həmkarına dəstək - VİDEO


www.Yenilik.Az » Maqazin » "Tənqid olunan şeylərin hamısı yenə efirə gedir" - Zaurdan həmkarına dəstək - VİDEO
2026-11-21 , 10:52
Zaur Baxşəliyev həmkarı Elgiz Əkbərin televiziya proqramları ilə bağlı tənqidlərinə dəstək verib.
Yenilik.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədəki canlı yayımı zamanı danışıb.
Zaur efirdə yeni layihələrin olmadığını, televiziya kanallarına ayrılan maliyyəyə baxmayaraq, tamaşaçılara fərqli məzmun təqdim edilmədiyini bildirib:
“Hazırda hansı yenilik var? Tənqid olunan şeylərin hamısı yenə efirə gedir. Elgiz düz deyir. Nə desin? Nə var? Hansı kanalda yenilik var? Pul alırlar, maliyyələşirlər, ortada yeni heç nə yoxdur.
Biləcəridən o tərəfə heç bir verilişimizə baxılmır. Yaxşı, lap bizim verilişlərimizi bağladınız. Bəs hanı? Kimə baxırlar? Hansı veriliş populyardır, hansı proqram dünyaya çıxır? Ona görə də indi hamı sosial şəbəkədədir. İnşallah, tezliklə həll olunar”.
Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
1 mənbə