Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edildi


"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Həmçinin hökmə əsasən, o, 1 il müddətə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.
Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilir.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılıb.
Bu iş çərçivəsində Bəşir Süleymanlı da daxil olmaqla bir çox QHT nümayəndəsinin işi ayrı icraatlarda məhkəməyə göndərilib. (Report.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
.jpg)
Teleqraf.az+1 mənbə