Bernardu Silva zədələndiyi üçün Portuqaliya millisinin düşərgəsini tərk edib


Portuqaliya millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Bernardu Silva UEFA Millətlər Liqasında Danimarka ilə keçirilən oyunda zədələnib.
Offsideplus.az xəbər verir ki, Bernardu Silva 79-cu dəqiqədə meydana daxil olub və komandasının yeganə qolunun müəllifi olub. Lakin matçdan sonra keçirilən tibbi müayinədə onun zədələndiyi müəyyənləşib. Zədənin xarakteri və səbəbi açıqlanmayıb. Silva yığmanın düşərgəsini tərk edəcək və 17 noyabrda Uelsə qarşı keçiriləcək Millətlər Liqasının son turunda iştirak etməyəcək.
1 mənbə