Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya səfər edib


15 mənbə əsasında
Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti iki ölkə arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planına əsasən Azərbaycana gəlib. Polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirib və hərbi hissədə rabitə vasitələri ilə tanış olub. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət ediblər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib
Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib. Müdafiə Nazirliyindən Bakıvaxtı.az -a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub. Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnikalar təqdim olunub. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib, ölkəmizin hərb tarixi, eləcə də Vətən uğrunda şəhid olanların qəhrəmanlıq yolu ilə tanış olublar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Qeyd edilib ki, səfər iki ölkə arasında qoşunlarda rabitə işinin təşkili sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə