Prezident Qara Qarayevin 71 il əvvəlki əsərindən danışdı


Xəbər verdiyimiz kimi, noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Xitab24.az-ın məlumatına görə, Prezident İlham Əliyev çıxışında Azərbaycan-Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışıb.
Dövlət başçısı çıxışının davamında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin “Vyetnam süitası”nı da xatırladıb:
“Ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixi mövcuddur. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev “Vyetnam süitası”nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir. Eyni zamanda, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir”.

Oxu.az+1 mənbə