BDU təcili AÇIQLAMA YAYDI


CƏMİYYƏT
83
21.11.2026, 17:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə fəaliyyətə başladığı gündən etibarən heç bir kadr dəyişikliyi həyata keçirməyib.
Oxu24.com xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.
Bildirilib ki, rektor Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib.
O, vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya yeni vəzifəyə təyinatı ilə bağlı əmr imzalamayıb.
Universitet rəhbərliyi media nümayəndələrinə və ictimaiyyətə müraciət edərək BDU ilə bağlı məlumatları yayımlamazdan əvvəl İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və yalnız rəsmi xəbərlərə istinad etməyi xahiş edib.
Həmçinin oxuyun
Digər xəbərlər
1 mənbə
