Məleykə Abbaszadə heç bir əməkdaşı işindən azad etməyib - RƏSMİ


Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə vəzifəsinin icrasına başladıqdan sonra universitetdə heç bir əməkdaşın işdən azad edilməsi və ya yeni təyinatla bağlı əmr imzalamayıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.
Bildirilib ki, Məleykə Abbaszadə noyabrın 19-da universitet kollektivinə təqdim edilib.
Şöbə BDU ilə bağlı məlumatların yayılmasından əvvəl rəsmi qurumla dəqiqləşdirilməsini və xəbərlərdə universitetin rəsmi açıqlamalarına istinad olunmasını xahiş edib.

Nocomment.az+1 mənbə