"Bayern Münhen" və "Liverpul" 17 yaşlı futbolçunun izində


İngiltərənin "Liverpul" (Liverpool) və Almaniyanın "Bayern Münhen" (Bayern München, Bayern Munich) klubları Mönhenqladbax "Borussiya"sının (Borussia Mönchengladbach, Borussia Monchengladbach) gənc futbolçusu Vael Mohyanı heyətinə qatmaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Bildirilir ki, 17 yaşlı hücumameyilli yarımmüdafiəçi Avropanın bir sıra aparıcı klublarının diqqətini cəlb edib. "Bayern" və "Liverpul"la yanaşı, "Brayton" (Brighton & Hove Albion), "Bayer Leverkuzen" (Bayer Leverkusen) və "Leyptsiq" (RB Leipzig) də futbolçunun çıxışını yaxından izləyir.
Almaniya millisinin heyətinə dəvət alan Mohyanın hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Klub rəhbərliyi isə gənc oyunçunu komandada saxlamaq və onunla yeni müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, klubun idman direktoru Rouven Şröder (Rouven Schröder, Rouven Schroder) Mohyanın qış transfer pəncərəsində satılmayacağını bildirib. Beləliklə, futbolçunun mümkün transferinin gələn ilin yayında gündəmə gələcəyi gözlənilir.
Əlisahib İbrahimli