Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb


Şriftin ölçüsü:
17.11.2026 19:54
Azərbaycan Basketbol Liqasında (ABL) I, II və III turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb.
Futbolxeber.az saytına bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Qarşılaşmalar noyabrın 21-22-də Bakı İdman Sarayında keçiriləcək.
Təqvimə əsasən, noyabrın 21-də saat 14:30-da "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək.
Noyabrın 22-də isə saat 15:00-da "Naxçıvan" – "Neftçi", saat 18:00-da "Landau Lions" – "Ordu" görüşləri baş tutacaq.
Dərc vaxtına görə
Futbolxəbər.azoxuduğunuz
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb