Nazirlər Kabineti əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edib


29 mənbə əsasında
Azərbaycanın Baş naziri Əli Əsədov icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanın icrası məqsədilə Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edən qərar imzalayıb. Yeni tənzimləmələrə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasından şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacı barədə tibbi göstərişlə bağlı müddəa çıxarılıb. Həmçinin göndərişlər əlilliyin qiymətləndirilməsi üçün altsistemə ötürülməzdən əvvəl aidiyyəti şəxslərin məlumatları şifrələnərək adsızlaşdırılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Baş nazir yeni qərar imzaladı
Şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməyəcək."32gun.ax" xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda dəyişikik edilib.Qaydaya əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imz
Tam oxu 32gun.az saytındaDərc vaxtına görə
