"Barselona" və "Bayern" "Qalatasaray"ın futbolçusunun izinə düşdü


Avropanın iki nəhəng klubu — İspaniyanın "Barselona" və Almaniyanın "Bayern Münhen" təmsilçiləri "Qalatasaray"ın gənc yarımmüdafiəçisi Aleksey Batrakovu yaxından izləməyə qərar veriblər.
Fanat.Az xəbər verir ki, hər iki klubun skautları qarşıdakı "Qalatasaray" – "Aston Villa" qarşılaşmasını tribunadan izləyərək 21 yaşlı futbolçunun performansını dəyərləndirəcəklər.
Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Gənc istedadın nümayiş etdirdiyi oyun Avropa nəhənglərinin transfer siyahısında ön sıralara yüksəlməsinə səbəb olub.
