"Barselona" Erlinq Holandı transfer etmək istəyir


İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Erlinq Holandı transfer etmək istəyir.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi norveçli hücumçu üçün 130 milyon funt-sterlinq (təxminən 172.4 milyon dollar) təklif etməyi planlaşdırır.
Bildirilir ki, "Barselona" Holandı gələcək hücum xəttinin əsas fiqurlarından biri kimi görür və onun ətrafında Lamin Yamalın da yer alacağı güclü komanda qurmaq niyyətindədir. Transferin 2027-ci ildə reallaşması ehtimalı müzakirə olunur.
Lakin mümkün keçidin qarşısında ciddi maneə var. Belə ki, 26 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Holand 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir.
RU
19:30, Bu gün "Barselona" Erlinq Holandı transfer etmək istəyir
19:17, Bu gün Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı
19:01, Bu gün Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək
18:50, Bu gün Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
18:43, Bu gün Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib
18:37, Bu gün SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
18:25, Bu gün Gəncədə kişi xəstəxanada öldü
18:21, Bu gün Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - FOTO
18:13, Bu gün Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib - Foto
18:02, Bu gün İran Hərbi Dəniz Qüvvələri: Hörmüzün şərqində tanker minaya düşüb
