Barboza: "Ronaldu üçün vida oyunu 'Sportinq' və Portuqaliya yığması arasında ola bilər"


Futbol agenti Paulu Barboza Kriştiano Ronaldunun karyerasını necə başa vuracağı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Barboza Ronaldunun vida oyununun Portuqaliya millisində baş tutacağına inanmadığını bildirib. O qeyd edib ki, Ronaldunun yığmadakı ayrılığı qalmaqallı olub və bu səbəbdən onun vida mərasimi fərqli şəkildə təşkil oluna bilər. Barboza hesab edir ki, Ronaldunun karyerasında son oyun "Sportinq" və Portuqaliya milli komandası arasında keçirilə bilər: "Bu, çox gözəl olardı. Çünki Ronaldunun Səudiyyə Ərəbistanında, 'Əl-Nəsr'də futbolu bitirəcəyinə inanmıram. 'Sportinq' onun doğma komandasıdır və orada kifayət qədər vaxt keçirib. Belə bir oyunun keçirilməsi üçün şans var və bu, ideal olardı. Hər kəs bir araya gələr və Ronaldunu layiq olduğu səviyyədə yola salar".
