Bankdan kredit təklifi alanlara XƏBƏRDARLIQ


HÜQUQ
223
16.11.2026, 18:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bank sizə köhnə kredit borcunuza görə kiçik məbləğdə ödəniş etməyi və bunun qarşılığında ödəniş qrafikini dəyişməyi təklif edir?Bu addımı atmağa tələsməyin!
Bunu Oxu24.com-a açıqlamasında vəkil Azər İbrahimov bildirib.
"İlk baxışdan sərfəli görünən bu təklif hüquqi baxımdan gözlənilməz nəticələr yarada bilər.
Diqqət edin: Borc üzrə qismən ödəniş etmək və ya yeni ödəniş qrafiki ilə razılaşmaq bəzi hallarda borcu etiraf etdiyinizi göstərən hərəkət kimi qiymətləndirilə bilər. Bu isə iddia müddətinin axınına təsir edə, hətta qanunvericilikdə nəzərdə tutulan hallarda onun yenidən hesablanmasına səbəb ola bilər.
Unutmayın, kiçik məbləğdə ödəniş etmək belə sadəcə ödəniş deyil, hüquqi nəticələr doğuran addım ola bilər.
Ödəniş etməzdən, sənəd imzalamazdan və ya yeni qrafiklə razılaşmazdan əvvəl borcun hüquqi vəziyyətini, iddia müddətini və mümkün nəticələri dəqiqləşdirin.Hüquqi məsələlərdə tələskənlik deyil, düzgün qərar önəmlidir",-deyə vəkil qeyd edib.
Jalə
Həmçinin oxuyun
Digər xəbərlər
