Balidə çaylardan birinin suyu çəhrayı rəngə BOYANDI – VİDEO


Balidə çaylardan birinin suyu çəhrayı rəngə çevrilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Balipost” portalı məlumat yayıb.
İndoneziyanın Bali adasında çaylardan birinin suyunun qəfil çəhrayı rəng alması müşahidə olunub.
Məlumata görə, hadisənin mümkün səbəbləri arasında çayın dibində üzvi maddələrin parçalanması, suyun durğunlaşması və tullantıların axıdılması göstərilir.
Bundan əlavə, müvafiq idarənin rəhbəri suyun kəskin ammonyak və kükürd qoxusuna bənzər iy verdiyini bildirib.
https://interpress.az/public/cloud/2026/11/interpress_19b3eb9f4e8514b8c1021d9f183e25fd_kxo1b2pzvu34jfy9is5h.mp4
Xuraman Etibarlı
İnterpress.az
Teleqraf.az+1 mənbə