Bali adasında sərxoş turist 10 metrlik quyuya TULLANDI


Bali adasında sərxoş rusiyalı turist bir neçə təhlükəli hadisə törədərək reanimasiyaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İndoneziyanın Bali adasında 42 yaşlı Dmitri adlı rusiyalı turist həddindən artıq spirtli içki qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib.
Müayinələr zamanı qıcolma keçirən və özünə gələn turist tibb müəssisəsindən qaçıb.
O, küçədə səki daşını qopararaq həkimləri hədələyib, daha sonra isə 10 metr dərinliyindəki quyuya tullanıb.
Hadisə şahidlərinin sözlərinə görə, xilasedicilər onu çıxarmağa hazırlaşarkən kişi daşla öz başına bir neçə dəqiqə zərbələr endirib.
Nəticədə turist yenidən xəstəxanaya yerləşdirilib. Bu dəfə onda sınıqlar və müxtəlif xəsarətlər aşkarlanıb.
Hazırda reanimasiya şöbəsində müalicə olunur.
Xuraman Etibarlı
İnterpress.az
